İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Şentopla görüşəcək

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Ankaraya səfəri çərçivəsində Türkiyə parlamentinin sədri ilə görüşəcək.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Milli Assambleyasının mətbuat katibi Tsovinar Xaçatryan erməni medisına müsahibəsində bildirib. “Alen Simonyan çıxış edərək Ermənistandakı mövcud vəziyyəti təqdim edəcək. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla da görüş nəzərdə tutulub”, - deyə Xaçatryan əlavə edib.

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin parlament başçılarının təşkilatın 30 illiyinə həsr olunmuş sammitində və Baş Assambleyanın plenar iclasının işində iştirak edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR