İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan seçimini etdi: “Ermənistan...”

Kremlyönümlü jurnalist iki ölkə arasında konfliktə mövqeyini açıqladı

Gərginləşən Rusiya-Ermənistan mövzusu hər iki ölkənin mediasında gündəmin əsas mövzu olaraq qalır. Ermənistanın ABŞ və hətta Ukrayna ilə əməkdaşlığı gücləndirmək istiqamətində addımları, Nikol Paşinyanın xanımının ölkədən ilk humanitar yardımı Kiyevə gətirməsi və Vladimir Zelenski ilə əl sıxışması, nəhayət gələn həftə Ermənistan-ABŞ birgə hərbi təlimləri keçirmək qərarı təkcə Moskvanı deyil, Kremlə yaxın erməniləri də incidib. Uzun illərdir ki, Rusiyanın təbliğat ruporu olan “Russia Today” telekanalının rəhbəri Marqarita Simonyan baş verənlərə reaksiya verib.

Musavat.com xəbər verir ki, Simonyan siyasi məkanda iki ölkə arasında baş verənləri xatırladıb, Ermənistan hakimiyyətinin rusiyayönlü bloggerləri də həbs etdiyini xatırladıb. RT-nin baş redaktoru deyib ki, erməni ritorikası tamamilə anti-Rusiya xarakteri daşıyır və bu səbəbdən Rusiyanın tərəfini tutur.

Nikol-Pashinyan-Margarita-Simonyan.jpg (398 KB)

O, həmçinin xatırladıb ki, bir müddət əvvəl Paşinyan ondan Rusiya hakimiyyətini erməni sürücülük vəsiqələrini qanuni sənəd kimi tanımağı kömək etməyə xahiş edib. Simonyan cavabında deyib ki, o, bunun üçün Rusiyanın bütün idarələrini gəzməyə hazırdır, amma bunun müqabilində İrəvan Krım yarımadasını Rusiya əraziki kimi tanımalıdır. “Əlbəttə, onlar Krımı tanımadılar”deyə, o fikirini yekunlaşdırıb.

Simonyan heç vaxt Ermənistanda yaşamayıb. Yada salaq ki, ötən ildən Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.Buna səbəb Simonyanın Paşinyan hökumətinin sərt tənqid etməsi olub. İkinci Qarabağ müharibəsindən sonra Simonyan Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək teleqram kanalında yazmışdı: “Cəhənnəmdə yan, ifritə! Cəhənnəmdə yan, ey əclaf! Cəhənnəmdə yan, ey əclaf! aNdMz6YiyTXUZKvJU1KJ.jpg (68 KB)"Simonyan özü də etiraf edib ki, həyatında cəmi iki dəfə Ermənistanda olub. O qeyd edib ki, indiki Ermənistan hakimiyyəti orada olduqca Ermənistana getməyəcək: “Ermənistan hakimiyyəti Simonyanı sevmir”.

 

Simonyan Rusiyanın Krasnodar şəhərində anadan olub, Soçidə yaşayıb, ABŞ-da təhsil alıb. Daha sonra Moskvaya köçüb və Rusiya Dövlət Televiziyasında karyera qurmağa başlayıb. “Rossiya 1” telekanalının efirində Simonyan Paşinyan haqda bunları da demişdi: “Ermənistan lideri sayılan Paşinyanı mənim burda tənqid etmək fikrim yoxdu. O, Putinlə 100 dəfə də görüşsə, ona qarşı fikirlərim dəyişməyəcək. Mənim fikrimcə, o, erməni deyil. Baxın, Ermənistanda hazırda nələr baş verir – orta məktəblərin ibtidai siniflərində “seksual orientasiya” dərsləri... Mən uşaqlıqda “seks” sözünü İrəvanda desəydim, məni elə vurardılar ki... Bu prosseslər ermənilərin mentalitetini dəyişməyə yönəlib. Geyparadlar, LGBT-yə Ermənistandan dəstəklər bu prossesin bir qoludur”, - erməni teleaparıcı deyib.

Nikol Paşinyan da dəfələrlə Simonyanı Ermənistanın maraqlarını satmaqda, özünə qarşı sayğısızlıqda ittiham edib.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR