İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreyanın nüvə raketləri öz başına dəyir

Şimali Koreyada on minlərlə insan, eləcə də Cənubi Koreya, Yaponiya və Çin sakinləri qrunt suları vasitəsilə yayılan radioaktiv maddələrin təsirinə məruz qala bilər.

Musavat.com xəbər verir ki, bu barədə Seulda yerləşən “Transitional Justice Working Group” hüquq müdafiə təşkilatı məlumat yayıb.

ABŞ və Cənubi Koreya hökumətlərinin bildirdiyinə görə, 2006-2017-ci illər arasında Şimali Koreya Pungeri poliqonunda gizli şəkildə 6 nüvə silahı sınağı keçirib.

“Transitional Justice Working Group” tərəfindən aparılan araşdırmada isə deyilir ki, radioaktiv maddələr sınaqların baş verdiyi ərazinin yaxınlığında yerləşən 8 şəhər və rayona yayıla bilər. Bu ərazidə 1 milyondan çox insan yaşayır və qrunt sularından gündəlik həyatda, o cümlədən içmək üçün istifadə olunur.

“Bu hesabat vacibdir, çünki Şimali Koreyanın nüvə sınaqları təkcə öz vətəndaşlarının deyil, həm də Cənubi Koreya və digər qonşu ölkələrin xalqlarının həyat və sağlamlıq hüququnu təhdid edir”, - deyə təşkilatın rəhbəri Hubert Yanqvan Li bildirib.

“Reuters”in məlumatına görə, 2015-ci ildə Cənubi Koreyanın qida təhlükəsizliyi agentliyi idxal edilən göbələklərdə radioaktiv sezium izotoplarının normadan 9 dəfə yüksək olduğunu aşkar edib. Qeyd olunur ki, göbələklər Şimali Koreyadan gətirilsə də, Çin məhsulları kimi satılıb.

2022-ci ilin iyununda ABŞ və Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın Pungeri poliqonunu yeddinci nüvə sınağı üçün təchiz etdiyini aşkar edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR