Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya ABŞ və Cənubi Koreyanın bölgədə həyata keçirəcəyi birgə "Azadlıq Qalxanı" təlimini pisləyib.
Musavat.com xəbər verir ki, bununla bağlı Şimali Koreya Xarici İşlər Nazirliyi xəbərdarlıq da edib.
"Bu, iki tərəf arasındakı gərginliyi tək təsadüfi bir atəşlə əsl müharibəyə çevirə biləcək təhlükəli və təxribatçı bir hərəkətdir. ABŞ ilə Şimali Koreya arasında siyasi və hərbi gərginlik artıq qırılma nöqtəsinə çatıb və ölkəmizə qarşı çılğın döyüş oyunları səbəbiylə getdikcə daha təhlükəli hala gəlib",-deyə bildirilib.
Açıqlamada ABŞ-nin təhdidlərinə qarşı görülən tədbirlərin artırılacağı vurğulanıb.
Açıqlamada ABŞ-nin bu addımlarının region ölkələrinin qanuni təhlükəsizlik narahatlıqlarını artırdığı da bildirilib: “ABŞ-nin rəhbərlik etdiyi ikitərəfli və çoxtərəfli təlimlərin əsl müharibəyə bənzəməsi ölkəmizin nüvə müharibəsi təhdidlərinin düşmənlərin qarşısını almaq siyasətinin legitimliyini nümayiş etdirir. Şimali Koreyanın ABŞ-nin hərbi qüdrət nümayişlərinə cavab olaraq strateji çəkindirmə fəaliyyətlərini davam etdirəcəyini bir daha xatırladırıq. ABŞ Şimali Koreyaya qarşı düşmənçilik siyasətini davam etdirdikcə, daha da ciddi təhlükəsizlik təhdidi ilə üzləşəcək”.
Qeyd edək ki, ABŞ ordusundan verilən açıqlamada 10-21 mart 2025-ci il tarixləri arasında Cənubi Koreya ilə birgə "Azadlıq Qalxanı" təliminin keçiriləcəyi bildirilib. Təlimin Vaşinqton-Seul alyansının hərbi müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıdığı vurğulanıb. Şimali Koreya əvvəlki açıqlamalarında bu təlimin regional gərginliyi artırdığını müdafiə etmişdi.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ