Onlayn ictimai-siyasi qəzet
"Forbes"in məlumatına görə, Şimali Koreya Rusiyaya 100-dən çox ağır artilleriya sistemi, o cümlədən M1989 haubitsaları və M1991 reaktiv yaylım atəş sistemləri (RYAS) təqdim edib.
Bundan əlavə, milyonlarla mərmi və KN-23 tipli raketlər də göndərilib.
Bu hərbi yardım Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın hərbi ehtiyatlarını artırmağa yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Ekspertlər Şimali Koreyanın bu dəstəyinin regionda gərginliyi artıracağı qənaətindədirlər.
Qeyd edək ki, KN-23 raketləri qısa mənzilli ballistik raketlərdir və yüksək dağıdıcı gücə malikdir. Bu raketlər şəhərləri məhv etmə qabiliyyətinə görə xüsusilə diqqət çəkir.
Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın genişlənməsi beynəlxalq aləmdə narahatlığa səbəb olub və bir sıra ölkələr bu əməkdaşlığın qarşısını almaq üçün tədbirlər görməyi tələb edirlər.
Yazının orijinalı BURADA
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ