İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya hərbçiləri ÇƏTİN DURUMDA: Rusiya generalı TƏCİLİ Kurska GÖNDƏRDİ

Rusiyanın Kursk vilayətində yerləşdirdiyi Şimali Koreya hərbçiləri ərzaq çatışmazlığı səbəbindən ciddi narazılıqlarını bildiriblər.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Şimali Koreya hərbçiləri uzun müddətdir ərzaq və təchizat baxımından çətinliklər yaşayır. Aclıq və lazımi ehtiyatların olmaması onların döyüş hazırlığının zəifləməsinə və effektiv fəaliyyət göstərmələrinə maneə törədir.

Vəziyyəti düzəltmək üçün Rusiya Kursk vilayətinə birbaşa təchizat çatdırılmasına cavabdeh olan general-mayor Mevlütovu bölgəyə göndərib. General Şimali Koreya hərbçilərinə ərzaq təmin edilməsi və ehtiyaclarının ödənilməsi üçün birbaşa tapşırıqlar alıb. Rusiya həmçinin desant-hücum briqadasının ehtiyatlarını istifadə edərək, Şimali Koreya qüvvələrinə qida paylarını təmin etmək qərarına gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR