Onlayn ictimai-siyasi qəzet
"Şimali Koreya ordusu ölkənin suverenliyinə qarşı təxribatlarını davam etdirəcəkləri təqdirdə ABŞ və Cənubi Koreyaya qarşı tədbir görməyə hazırdır".
Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının müdafiə nazirinin müavini Kim Qanq İl deyib.
Pxenyan rəsmi Seulun Şimali Koreyada təbliğat vərəqələri paylanmasını "psixoloji sui-qəsd" adlandırıb.
Bundan əlavə, bildirilib ki, Koreya yarımadasının sahillərində dəniz sərhədinin pozulması hallarının sayı artıb.
"Dəniz sərhədinin tez-tez pozulması təhlükəli nəticələrə gətirib çıxaracaq. Biz heç vaxt sərhəd xəttini keçməmişik. Biz artıq xəbərdarlıq etmişik ki, suverenliyimizi və təhlükəsizliyimizi qorumaq üçün lazımi hərbi tədbirləri görə bilərik", - Kim Qanq İl xəbərdarlıq edib.
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ