İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şimal axınları"nın operatoru: Görünməmiş dağıntılar var

Rusiyanın “Nord Stream” qaz kəmərinin operatoru olan “Nord Stream AG” şirkəti Baltik dənizində üç boru xəttinin eyni vaxtda dağılmasından danışıb.

"Şimal axını" sisteminin dəniz qaz kəmərlərinin eyni gündə üç xəttində baş vermiş qəza görünməmiş bir hadisədir. Qaz nəqli infrastrukturunun bərpasının vaxtını hələlik təxmin etmək mümkün deyil", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, bundan öncə Danimarka Dəniz İdarəsi Bornholm adasının cənub-şərqindən keçən Şimal axını-1 və Şimal axını-2 xətləri ərazisində qaz sızması barədə məlumat vermişdi.

Sızma sahələrinin ətrafında 5 mil-lik qadağan zonası müəyyən edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR