İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şimal axını"nda parlayışın diversiya aktı olduğu təsdiqləndi

İsveç prokurorluğu bəyan edib ki, “Şimal axını” qaz kəmərlərində təxribat nəticəsində partlayışın baş verdiyi əldə olunan dəlillərlə təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, İsveç prokurorluğu “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinə geniş sızmalar yaradan partlayışların əvvəlcədən planlaşdırılan diversiya olduğunu bildirib.

Zədələnmiş “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərləri ilə bağlı ilkin təhqiqata rəhbərlik edən prokuror Mats Ljungqvist yayılan press-relizdə bildirib ki, indi aparılan təhlillər, hadisə yerində aşkar edilmiş bir neçə xarici obyektdə partlayıcı maddələrin izlərinin olduğunu göstərir.

Prokurorun sözlərinə görə, istintaq “çox mürəkkəb və əhatəlidir”. Lakin, indiyə qədər ortaya çıxan faktlara əsasən, baş verən hadisə diversiyadır.

Baltik dənizində hadisə yerində aparılan araşdırmalar zamanı geniş faktların toplantısı həyata keçirilib və ərazi diqqətlə sənədləşdirilib. Hazırda aparılan analizlər aşkar, edilmiş yad cisimlərin bir neçəsində partlayıcı maddələrin izlərinin olduğunu göstərib.

İsveç prokurorluğu həm də bildirib ki, ibtidai istintaqın davam etdirilməsi bu cinayətin tərədilməsində kimlərdən şübhələnməyin lazım olduğunu göstərəcək. Məsələ ilə bağlı İsveç və digər ölkələrin hakimiyyət orqanları ilə əməkdaşlığı davam etdirir.

Xatırladaq ki, sentyabrın 26-da “Nord Stream AG” şirkəti “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində əsaslı dağıntıların baş verdiyinə dair məlumat yayıb. Dağıntı və sızmalara səbəb olan partlayışlar təxmini olaraq eyni anda İsveç və Danimarkanın sahil sularında, Baltik dənizinin dibindən keçən 4 fərdi qaz borusunda baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR