İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şimal axını” borularının partlamasında Rusiya izi - şübhəli məqamlar ortaya çıxıb

“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlardan bir neçə gün əvvəl onların yaxınlığında Rusiya hərbi gəmiləri görünüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın “t-online” portalı məlumat yayıb.

Portalın məlumatına görə, gəmilərdə partlayıcı qurğuların quraşdırılması üçün lazımi avadanlıqlar olub.

Xatırladaq ki, ötən ilin Sentyabrın 26-da partlayışlar Baltik dənizinin dibində Almaniya-Rusiya qaz kəmərlərinə ciddi ziyan vurub. “t-online”ın məlumatına görə, peyk görüntüləri sentyabrın 21-nə keçən gecə Rusiyanın Kalininqraddakı hərbi dəniz bazasını ən azı üç gəminin tərk etdiyini göstərir.

Rusiya hərbi dəniz qüvvələrinin daha üç gəmisi əməliyyatı müşayiət edə və hərbi müdafiəni təmin edə bilərdi. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə isə, “Soobrazitelnıy” korveti və “Yaroslav Mudrı” freqatı təlim məqsədilə gəmi karvanını müşayiət edib.

Bundan əlavə, peykdən çəkilmiş görüntülər Rusiyanın “Sızran” kəşfiyyat gəmisinin də sentyabrın 21-də Kalininqrad limanını tərk etdiyini tısbit edib .

"Boru kəmərlərinə partlayıcı maddələr yerləşdirə bilən mini-sualtı qayıqlar olması faktı ekspertlər tərəfindən əvvəlcədən söylənilirdi. Əgər "SS-750" gəmisinin cinayət yerində olduğu təsdiqlənsəydi, o zaman Rusiya donanması indi əsas şübhəli olacaqdı. ”, - deyə portal qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR