İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlarını təslim edənlərə 500 dollar pul və planşetlər verildi

ABŞ-ın Nyu-York ştatında Bruklin Rayon Prokurorluğu ilə Nyu York Polis Departamentinin (NYPD) əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə silahlarını təhvil verənlərə 500 dollar pul mükafatı verilib. 

Musavat.com xəbər verir ki, bu addım fərdi silahlanmanın qarşısını almaq üçün atılıb.

Bruklin Rayon Prokurorluğundan verilən açıqlamada silah təhvil verən ən azı 150 nəfərə 500 dollar pul mükafatı verildiyi bildirilib.

"Şəhərimizdə silah zorakılığını azaltmağın ən təsirli yolu küçələrimizdəki silahların sayını azaltmaqdır. Bu məqsədlə biz Nyu Yorkluların təhlükəsizliyini təmin etmək üçün silah toplanması da daxil olmaqla, bütün mövcud strategiyaları həyata keçirməyə davam edəcəyik",-deyə Bruklin Rayon Prokurorluğundan bildirilib. 

Bundan əlavə, silahlarını təhvil verən ilk 25 nəfərə planşetlər də verilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR