İnsanlara hürriyət, millətlərə istiqlal!

“Silahımızı da götürdülər, formamızı da” – Priqojinə aid ofisdən, oteldən, mərkəzdən REPORTAJ

Moskvada çıxan “Moskovski komsomolets” qəzetinin əməkdaşı İrina Bobrova Yevgeni Priqojinin Sankt-Peterburqdakı ofisini, “Patriot” media holdinqinin qərargahını, əməkdaşlığa cəlbetmə mərkəzini, nəhayət, “Vaqner” özəl hərbi şirkətin nəhəng binasını axtarıb və maraqlı səhnələrin şahidi olub.

Musavat.com qəzetin hazırladığı reportajı təqdim edir:

***

“İlk dayanacaq yerimiz “Universitetskaya” sahilindəki “Trezzini” oteli oldu. KİV-in məlumatına görə, otelin özü Priqojinə məxsusdur və “Vagner”in təsisçisinin ofisi onun həyətində yerləşir. Məhz “Trezzini”nin həyətində içərisində pul qutularının olduğu “QAZel” tapılıb.

Otel işləyir. Onun girişindəki qapıçı heç bir problem olmadığını təsdiqlədi. O, Priqojin və “QAZel”lə bağlı suallardan qaçdı.

- Haradan çıxardınız ki, bura Priqojinin otelidir? Sizə qulaq asanda adamda elə bir hiss yaranır ki, bütün Sankt-Peterburq ona məxsusdur. Pul dolu “QAZel” barədə eşitməmişəm. Gizli dayanacaqımız yoxdur, qarşınızda bir dayanacaq var, - o, sahilə işarə etdi.

3257ea78cf8c02d4b668ab9525145517.jpg (76 KB)

“Trezzini” otelinin daxili həyəti “Admiralteiski” dalanında yad gözlərdən gizlənir. Həmin “QAZel” qaraja pərçimlənərək saxlanıb. Maşının sağ ön tərəfindəki qapısı zədələnib. Yerdə şüşə çilikləri və maşına kiçik xəbərdarlıq elan yapışdırılıb: “Maşın mane olur? Bağışlayın, zəng edin". “QAZel” özü salamatdır. Kabinə tər-təmizdir.

Gümanlara görə Priqojinin ofisinin yerləşdiyi həyət bir az aralıdadır. Cümə günü səhər oradan üç kişi çıxdı. Onlardan biri gülümsəyərək dedi: "Təsəsvvür edin ki, hər şeyi təhvil vermək lazım gəldi - təkcə silahları yox, həm də formaları götürdülər". Çətin ki, mülki şəxslər belə söhbətlər edərdilər.
Evin divarında belə bir lövhə asılıb: “Dayanacaq yerləri “Trezzini” otelinin qonaqları və rəsmi avtomobilləri üçün ayrılıb”.

3bc4dd68817a67260589ecc46635a412.jpg (80 KB)

Mən həyətə göz gəzdirəndə içəri kostyumlu bir kişi girdi. O telefonla dedi: "Aşağı düş, “Konkord”un büdcəsini çıxar". Həmin an məlum oldu ki, ünvanı səhv salmamışam.

Qapılardan birindən bir qız çıxdı. O, telefonla danışan kişiyə bir qom A4 vərəqi verdi.

- Bəs indi mən nə edim? - xanım soruşdu.

- Get otur, çay iç. Bir şey dəyişsə, zəng edərəm...

011dde1e96bc5f4ce000396f3ef87011.jpg (76 KB)

Həyət məyusedici təsir bağışlayır. Deyəsən, buradakı evlərin yarısında yaşayış yoxdur. Tozlu pəncərələrə baxanda hiss olunur ki, sakinlər azdır. Girişlərin birində, görünür, vaxtilə idman bölməsi olub: pəncərələr idmançıların stikerləri ilə suvanıb, qapıda köhnəlmiş yazı var: “Xatırlayıram. Qürur duyuram”.

***

Sonra mən “Konkord”un Leytenant Şmidt küçəsindəki ofisinə getdim. Köşk oteldən beş dəqiqəlik piyada məsafədədir. Dayanacaq boş idi. Pəncərələr qalın jalüzlərlə örtülüb.

Növbədə tək bir mühafizəçi vardı. Kişi mənim gəlişimdən açıq şəkildə məmnun deyildi. Şirkətin işlədiyini soruşduqda o, başını tərpətdi.

-Bəs niyə insanlar yoxdur?- soruşdum.

- Çox sual verirsiniz. Mən ümumiyyətlə jurnalistlərlə danışmaq istəmirəm.

"Molkinoya gəlin"

Yevgeni Priqojinin başqa bir “balası” “Patriot” mediaholdinqidir. Cümə günü şirkətin ləğvi barədə məlumat yayılıb. Mediaholdinq Primorski prospektində, müasir yaşayış komplekslərindən birində yerləşir. Əraziyə giriş buraxılış vərəqəsi ilədir.

- Hamı çoxdan gedib və artıq hər şeyi çıxarıblar, orada heç kim yoxdur, - mühafizəçi şlaqbaumun qarşısında məni dayandırdı və xəbərdarlıq etdi ki, binaların çəkilişi qadağandır.

- Yəqin ki, əşyalarını yığışdıran kimlərsə var. Bir müddət əvvəl hamı orada idi.

- Bir müddət əvvəl günəş fərqli parlayırdı, - deyə kişi fəlsəfi cavab verdi və müəssisəni tərk etməyimi istədi.

***

“Vaqner”in əməkdaşlığa cəlbetmə məntəqələrinin axtarışına gedirəm. Mart ayında özəl hərbi şirkət iş elanları yerləşdirmişdi. Sosial şəbəkədəki səhifədə Sankt-Peterburqda altı ünvan göstərilib. Əsasən döyüş klubları idi. Bu klublardan biri olan “Monarx” Sankt-Peterburqun kənarında yerləşir. Amma bölməni tapmaq asan olmadı. Google xəritəsi kömək etmədi. Əvəzində qonşuluqda yerləşən müəssinədə növbə çəkən mühafizəçi kömək etdi.

7f922bb31a08728923b602fd97a9e81d.jpg (67 KB)

- Siz bu ofisi elə asanca tapa bilməyəcəksiniz, - kişi gülümsədi. - Universitetin ərazisindən keçməlisiniz, orada hasarda gözə çarpmayan bir giriş görəcəksiniz, onun arxasında qarajlar var, ora keçin ...

Klub iki mərtəbəli boz binadır. Qarajlar, tərk edilmiş binalar və paslı futbol qapıları olan bir stadiona bənzəyir. Klubun girişində "Vaqner"in stikerləri var. Eyni stiker burada dayanan xarici markalı avtomobilin üzərində də vardı.

Bir gənc mənə yaxınlaşdı. Özünü təqdim etməkdən imtina etdi. Məni binaya buraxmadı. Uzun müddət ünvanı necə öyrəndiyimi və məlumatı haradan aldığımı öyrənməyə çalışdı. “Vaqner”ə işə götürülmənin burada həyata keçirilib-keçirilmədiyini soruşduqda, adam susdu. Şirkətin qaynar xəttinin nömrəsini verdi: “Zəng edin və öyrənin”. Xəttin o biri ucunda mənə izah etdilər: “Biz qadınları qəbul etmirik, amma kişiləri götürürük. Krasnodar diyarındakı Molkinoya gəlin. Qalan yerlər bağlıdır. Sankt-Peterburqda da artıq heç kim işləmir”.

7a56a52388c1422d0b5b2508c2ffb261.jpg (91 KB)

***

Məni dəyirmi masa arxasında gənc oğlan və qızların oturduğu auditoriyaya apardılar. Onların 18-23 yaş arasında olduğu görünürdü. Mənə izah etdilər: “Bunlar mərkəzin gənc sakinləridir. Onlar öz layihələrini həyata keçirmək üçün pulsuz ofis və sənaye binaları tutmaq imkanı əldə edirlər”.

Toplaşanlardan gələcəklərini necə gördüklərini, niyə burada olduqlarını, Priqojinin hərəkətinə necə reaksiya verdiklərini, müharibəyə getməyə hazır olub-olmadıqlarını soruşdular. Mənim yanımdakı səkkiz nəfərdən yalnız bir oğlan kifayət qədər qeyri-müəyyən cavab verdi. Qalanlar susdular.

Sonra daha iki nəfər peyda oldu. Onlardan birinin adı Dmitri idi. O, kamuflyajdaydı.

97d302eb961ec4eafa2afd23cecf2cde.jpg (85 KB)

- Mən xüsusi hərbi əməliyyatda idim, indi ezamiyyətdəyəm, - Dmitri hekayətinə başladı. – Mən mərkəzin ilk rezidentlərindən biriyəm, öz teleqram kanalım var. Mən XHƏ-yə vətəndaş dəstəyi ilə məşğulam. Mənə kompüter veriblər.

Dmitridən fəaliyyətinin nədən ibarət olduğunu dəqiqləşdirməsini xahiş etdim.

- Prokurorluğa, Daxili İşlər Nazirliyinə, FTB-yə qanunu pozan insanlardan, günahlarını qanla yusalar da, necə döyüşdükləri barədə basıb-bağlayanlardan yazıram. Mən sosial şəbəkələrdə təxribat xarakterli, ortalığı qarışdıran statusları axtarıb tapıram.

İkinci rezident Sergey Çaulindir. Həmin şəxs Estoniyada anadan olub, fevralda siyasi fəaliyyətinə görə oradan deportasiya edilib. Mərkəzdə tale yoldaşları olan həmkarlarına kömək edir.

- Sankt-Peterburqda Estoniyadan deportasiya olunmuş üç nəfər idik, - kişi deyir. - Baltikyanı ölkələrdən deportasiya edilənlərə kömək etmək üçün zəng mərkəzi yaratmaq qərarına gəldik. Elə şərait yaradıblar ki, ən kiçik xətaya görə ya cərimələnirsən, ya həbsə düşürsən, ya da deportasiya olunursan. Burada bizə binalar və belə işlərlə məşğul olmaq imkanı verilib.

03ae000bf5e538d9b8d2fd9a16623cb8.jpg (69 KB)

Məni Estoniyadan birbaşa iş geyimində deportasiya etdilər, qışın qış vaxtı məni körpünün üstünə çıxarıb dedilər: “Get”. Səbəb o idi ki, mən Donbasa humanitar yardım toplayırdım, “Ölməz alay”ın rəisi idim... Çox iş görmüşəm.

Estoniyada Sergeyin həyat yoldaşı, uşaqları, nəvələri qalb. Onlar Rusiyaya tələsmirlər. “Onların orada mənzilləri var, işləyirlər, hara gedəcəklər”, - həmsöhbətim izah etdi.

Sergeyin özü Rusiyada “quş qanadı”nda yaşayır. Onun əlində boz rəngli qeyri-vətəndaş pasportu var. İndi o, Rusiya Federasiyasının vətəndaşlığını almaq üçün sənəd hazırlayır.

- İş tapmadım, çünki qeydiyyat yoxdur. Hələlik Vladlen Tatarskinin öldüyü terror aktının qurbanı kimi mənə verilən təzminat hesabına yaşayıram. Mən ondan iki metr aralıda oturmuşdum. Cərrahlar üz və boyumdakı çapıqların xüsusilə nəzərə çarpmaması üçün mümkün olan hər şeyi etdilər. Qənaətlə yaşayıram, kirayədə qalmıram, sağ olsunlar, dostlarım mənə burada sığınacaq düzəldiblər.

Sergeyin sözlərinə görə, ona verilən təzminat 500 min rubl təşkil edib. Pulun bir hissəsini də şəhər rəhbərliyi ayırıb. Kişi dəqiq məbləği demir. Bir milyondan az olduğuna eyham edir.

Mərkəzin növbəti rezidenti Alekseydir. Həmin şəxs də XHƏ-də olub. İndi o, insanlara kvadrokopterləri necə hazırlamağı öyrədir. Kurs bir həftədir. O deyir ki, təlimlərə yazılmaq istəyənlər çoxdur.

Hər kəs mərkəzin rezidenti ola bilməz. Seçim şərtləri ağırdır.

- Bizə çoxlu müraciətlər var. Hətta ekstrasenslər də gəlir, - mərkəzin mətbuat katibi Anna əlavə edir.
“Vaqner”in binası 12 mərtəbəni tutur. Binanın digər qanadı 23 mərtəbəlidir. Orada mənzillər xüsusi əməliyyatla əlaqəli olmayan şirkətlərə icarəyə verilir.

be7d5d3c6ca1b4112fdc4926fe2fbc29.jpg (72 KB)

Otaqların birində üzərinə “axtarış” yazılmış qutulara diqqət yetirdim.


- Axtarışlar şənbə günü olub, axşam saatlarına qədər davam edib. Bu gün mərkəzdə bir neçə nəfər var idi - dispetçer və mühafizəçilər, - Anna deyir. - Avadanlıqları, kompüterləri, hard diskləri, malları - bayraqları, qapaqları, enerji içkilərini ələ keçirdilər. Cümə günü, demək olar ki, hər şey bizə qaytarıldı - texnikamızdan bütöv bir “KamAZ” gətirmişdi.

Anna saytın və mərkəzin sosial şəbəkədəki qrupunun blokdan çıxarılması ilə bağlı Roskomnadzor-a müraciət etməyi planlaşdırır, çünki “cinayət işi yoxdur”.

- Mərkəzin kommunal xərclərini kim ödəyir?

- Sahibi. Priqojin.

- Priqojinlə əlaqə saxlayırsınız?

- Mərkəzin direktoru onunla əlaqə saxlayır. O, özü də hadisədən sonra bura gəlməyib. Amma ona məlumat verilir.

Mərkəzin gələcəyi nədənsə əməkdaşları narahat etmir. Onların yaxın planları kafe açmaqdır.

Hazırladı: Araz Altaylı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR