İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı şəhid babasını yubiley günündə ziyarət etdi - foto

Yardımlı rayon icra hakimiyyıtinin başçısı Ayaz Əsgərov iyulun 1-də Bilnə kəndində yaşayan rayon ziyalısı, ömrünün 50 ilindən çoxunu təhsilə həsr etmiş Əlhüseyn Paşayevi ziyarət edib. İcra başçısı onu 75 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb, səhhətində müəyyən problemlər olan ağsaqqal ziyalıya şəfalar arzulayıb. Görüş zamanı icra başçısı Ə.Paşayevi təhsilin inkişafında xidmətlərinə görə təşəkkürnamə ilə təltif edib. Görüşdə İcra Hakimiyyətinin digər məsul şəxsləri, icra başçısının birinci müavini Azər Xamiyev, icra başçısının müavini Miramil Səmədli, ümumi şöbənin müdiri Namiq Səfərov, Bilnə kənd tam orta məktəbin direktoru Ələsgər Əsgərov və digər şəxslər iştirak edib.

Qeyd edək ki, uzun illər ərzində hərbi hazırlıq və tarix müəllimi kimi gənc nəslin yetişməsində böyük xidmətləri olan, dərs dediyi şagirdlər arasından ordu quruculuğuna böyük töhfələr vermiş yüksək rütbəli kadrlar yetişən, həmçinin elm sahəsində uğurlar qazanan, millət vəkili statusunadək yüksələn yetirmələri ilə fəxr edən Əlhüseyn müəllim həm də Xüsusi Təyinatlı şəhid Əli Nuru oğlu Rzalının babasıdır. Ağsaqqal ziyalının yubileyi ilə bağlı görüşdə şəhidimizin ata-anası da iştirak edib. Yubilyar ağsaqqalımız verilən dəyərə, göstərilən diqqətə görə minnətdarlığını bildirib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan ordusu tərəfindən işğal altındakı torpaqlarımızın azad olunmasını görməyi ona nəsib edən Allaha şükranlığını ifadə edib.

Qeyd edək ki, bir gün əvvəl Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yardımlı rayon Komitəsinin sədri Azər Əkbərov Əlhüseyn müəllimin ziyarətində olub, onu təhsil sahəsinə töhfələrinə görə Fəxri Fərman və xatirə hədiyyələri təqdim edib.

Əlavə edək ki, Əlhüseyn müəllim “Yeni Müsavat” Media Qrupunun əməkdaşı Elşad Paşasoyun atasıdır. Ağsaqqal ziyalımızı biz də yubileyi münasibətilə təbrik edir, ona sağlam, uzun ömür arzulayırıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR