Onlayn ictimai-siyasi qəzet
"Qadın yaxşı gününə ayrılmaz. Hələ tanımadım ki, qadın desin, xoşbəxtəm, amma ayrılıram. Yoldaşını atan kişilər, övladının üzünü görməyən atalar var. Hələ uşağını ataya göstərməyən qadın görmədim. Həyat yoldaşından ayrılsan da, övladına zaman ayırmalısan. Hərdən deyirlər, aliment göndəririk. Yox, diqqət də lazımdır. Bu, olmayanda uşaq travma alır".
Bu sözləri müğənni Rahidə Baxışova "Bir gün" verilişində deyib. Sənətçi ayrıldığı həyat yoldaşından danışıb:
"Uşaqlarımla atasının münasibəti yaxşıdır. Övladlarıma görə ayrılsaq da, danışırıq. Övladlarıma hər zaman deyirəm ki, atanızla danışın, bayramını təbrik edin. Sülh adamıyam. İki balam var, onları böyüdürəm. Artıq sevgi oyunlarında yoxam". (Axşam.az)
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ