İnsanlara hürriyət, millətlərə istiqlal!

Sidorovdan KTMT-nin Ermənistana kömək göstərmədiyi iddalarına CAVAB

“Tez-tez mətbuatda KTMT-nin (Ermənistana) yardım göstərmədiyi barədə məlumatlar yayılır, amma hərbi-siyasi vəziyyət fərqlidir, hərbi qüvvələrin “hansısa xəstəliyi müalicə etmək” əməliyyatı keçirməsi həmişə mümkün olmur”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov deyib.

“Burada “zərər verməmək” prinsipi də keçməlidir. Biz orada baş verənləri izləmək üçün əlimizdən gələni edirik. Ötən ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində xoşagəlməz hadisələrin baş verdiyi heç kimə sirr deyil. Üstəlik, həm hərbçilər, həm də mülki şəxslər arasında itkilər olub”, - deyə, o bildirib.

Sidorov xatırladıb ki, KTMT-nin Kollektiv Təhlükəsilzik Şurasının iclasının keçirilib və orada dərhal Ermənistana missiya göndərilməsi qərara alınıb:

“Biz hazırkı vəziyyətin ən obyektiv təhlilini aparmağa çalışdıq və dövlət başçılarına danışıqların yekunlarına dair hesabat təqdim etdik. Əlavə qərarlar dövlət başçıları tərəfindən qəbul edilir. İnsanlarımız çox müdrikdir, çox təcrübəlidir və hesab edirəm ki, onlar Qafqaz regionunda sülhün bərərar olmasıhər şeyi edəcəklər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR