Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski və CAR prezidenti Kiril Ramafosa ilə Ağ Evdə Oval kabinetdə yaratdığı mübahisəli vəziyyətlərdən sonra Pekin Çin rəhbəri Si Cinpinlə Amerika lideri arasında şəxsi söhbətin təşkilinə ehtiyatla yanaşır.
Musavat.com xəbər verir ki, məlumatı “Politico” nəşri yayıb.
Nəşrin müəllifinin sözlərinə görə, Tramp əmindir ki, Çin rəhbəri ilə şəxsi təmas ölkələr arasında ticarət fikir ayrılıqlarını həll etməyə kömək edəcək: “Lakin Pekin Zelenski ilə Oval kabinetdə baş verən insidentdən sonra Si Cinpin Trampla görüşməkdən çəkinir”.
Bildirilir ki, Pekin Ağ Ev sahibinin gözlənilməz davranışından narahatdır, hesab edir ki, Oval kabinetdə ictimai səhnələr ÇXR sədrinin imicinə təsir edə bilər.
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ