Onlayn ictimai-siyasi qəzet
Rusiyada ailə dəyərlərinin müdafiəsi üzrə fəaliyyət göstərən “Ailələrin, uşaqlı ailələrin və sosial cəhətdən həssas təbəqələrin həmrəyliyi” adlı bölgələrarası ictimai təşkilatın sədri İrina Rudnitskaya uşaqların alveri işi üzrə həbs olunub.
Musavat.com xəbər verir ki, bu barədə məhkəmə materiallarına istinadən TASS məlumat yayıb.
Rudnitskayaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (insan alveri) üzrə ittiham irəli sürülüb. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Paytaxt məhkəməsi avqustda açılmış cinayət işi üzrə Rudnitskayanı noyabrın 22-dək istintaq təcridxanasına göndərib.
Rudnitskaya ilə yanaşı daha iki nəfər də həbs edilib. Onlardan biri Moskva vilayətindən olan sahibkar, digəri isə uşağı başqa ailəyə satılmış ola bilən qadındır.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ