Onlayn ictimai-siyasi qəzet
        Ermənistanda Ovanavank monastırında keçirilən “liturgiyalar” əslində dini mərasim deyil, Baş nazir Nikol Paşinyana dəstək məqsədilə təşkil olunan mitinqlər olub.
Musavat.com xəbər verir ki, bu barədə politoloq Armen Badalyan Sputnik Armenia-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, əvvəlki “saxta liturgiya” Əçmiədzindəki patriarx iqamətgahına yürüşün başlanğıcı kimi planlaşdırılmışdı, lakin iştirakçıların az olması səbəbindən yürüş ləğv edilib. Bunun əvəzində Ovanavankda təkrar tədbir keçirilib ki, gündəmdən yürüş ideyası çıxarılsın.
Ekspert əlavə edib ki, hakimiyyətin Talin şəhərindəki kilsə ilə bağlı planları da siyasi məqsəd daşıyır. Badalyanın fikrincə, 9 noyabr — 44 günlük müharibənin bitdiyi gün — yaxınlaşdığından Paşinyan bu tarixdə “Yerablur” hərbi panteonuna getməkdən yayınmağa çalışır. Bunun əvəzinə, diqqəti dini ayinlər və kilsə tədbirlərinə yönəltməklə cəmiyyətdə fərqli təsir yaratmaq istəyir.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ