Onlayn ictimai-siyasi qəzet
        Fransada Böyük Britaniyanın naziri Deyvid Lemmin “təhdid və oğurluqda” ittiham etdiyi taksi sürücüsü məhkəmə tərəfindən bəraət alıb.
Musavat.com xəbər verir ki, hadisə Bonnevill şəhərində baş verib. Nazir iddia edib ki, sürücü Nassim Mumin səfər zamanı ondan əlavə pul tələb edib və bıçaqla hədələyib.
Lakin taksi sürücüsü bu iddiaları qəti şəkildə rədd edərək, nazirin “yalan danışdığını” bildirib. Onun sözlərinə görə, Lemmin sadəcə 1550 avro dəyərində olan uzaq məsafəli səfərin pulunu ödəmək istəməyib.
Bonnevill şəhərinin prokuroru Boris Dyufon açıqlamasında deyib ki, istintaq zamanı ittihamları sübut edən heç bir dəlil tapılmayıb. Bu səbəbdən Nassim Mumin tam bəraət qazanıb.
Musavat.com
04 Noyabr 2025
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ