İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan ABŞ vətəndaşlarına vizasız gediş-gəliş hüququ verdi

Özbəkistana səfər edən ABŞ vətəndaşları üçün 2026-cı il yanvarın 1-dən etibarən 30 günlük vizasız rejim tətbiq olunacaq.

Musavat.com xəbər verir ki, Prezident Şavkat Mirziyoyev müvafiq fərmanı 3 noyabrda imzalayıb.

Fərmanda qeyd olunur ki, tədbir iki ölkə arasında ticarət, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da inkişafı üçün əlverişli şərait yaratmaq, eləcə də turizm mübadiləsini stimullaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, 2021-ci ildən bəri turizm məqsədilə səyahət edən 55 yaşdan yuxarı ABŞ vətəndaşları Özbəkistanda 30 günə qədər vizasız qala bilirlər.

May ayında Mirziyoyev turist axınının kəskin şəkildə artırılması zərurəti ilə bağlı fərman imzalayıb və bu baxımdan Xarici İşlər Nazirliyinə ABŞ-a səyahət edən Özbəkistan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı ABŞ tərəfi ilə danışıqlara başlamağı tapşırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR