Onlayn ictimai-siyasi qəzet
Latviya Prezidenti Edqars Rinkeviçs ölkənin İstanbul Konvensiyasından çıxışı ilə bağlı parlamentin qəbul etdiyi qanuna veto qoyub.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu qərarı Konstitusiyanın prezidentə qanunu imzalamamaq səlahiyyəti verən maddəsinə əsaslanaraq qəbul edib.
İstanbul Konvensiyasının əleyhdarları iddia edirlər ki, sənəd guya “gender ideologiyasını” təşviq edir və məişət zorakılığı ilə mübarizə milli qanunvericilik çərçivəsində də mümkündür.
Xatırladaq ki, parlamentin konvensiyadan çıxmaq barədə qərarı Latviya cəmiyyətində geniş etirazlara səbəb olmuşdu.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ