Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyənin Tunceli əyalətinin Pülümür rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələdən sonra türkiyəli alim, seysmoloq Naci Görür sosial media platformasında açıqlamalar verib.
"Süleymanuşağı Pülümürdə (Tunceli) 4,2 bal gücündə zəlzələ olub. Bu zəlzələ bizim ən çox qorxduğumuz və diqqət çəkdiyimiz Yedisu fayında baş verdi. Bu fay qırılmağa və 7 baldan çox zəlzələ yaratmağa hazırdır", - Seysmoloq deyib.
O, bir müddətdir Tunceli və Pülümürü izlədiyini bildirib:
"Bu bölgədəki yaşayış məntəqələrinə diqqət yetirilməli və lazımi ehtiyat tədbirləri görülməlidir. Zəlzələyə davamlı şəhərlər istəyirik".
Musavat.com
20 Iyun 2025
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ