Onlayn ictimai-siyasi qəzet
“Müharibə təhlükəsi həmişə mövcuddur, lakin, ölkəni məğlublar idarə etdikdə, onun adından danışıqlar aparan tərəf eyni adam olduqda və o, həm daxili, həm də beynəlxalq arenada təzyiq altında qaldıqda məğlubiyyətlər silsiləsi sonsuz olur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 25-də jurnalistlərlə söhbət zamanı Ermənistan parlamentində müxalifət fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
“Təzyiqlər Azərbaycan və Türkiyənin iradəsini (Ermənistan üzərindən dəhliz açmaq) yerinə yetirmək məqsədi daşıyır. Ermənistan hakimiyyəti başa düşmür ki, nə qədər çox verirlərsə, düşmən də bir o qədər çox istəyir. Geri qaytarmaq əvəzinə müdafiəni gücləndirmək lazımdır”,-deyə o, qeyd edib.
Keçmiş müdafiə nazirinin fikrincə, daimi müharibə təhlükəsi altında xalqı ordu ətrafında toplamaq, müdafiənin təşkili üçün bütün potensialı birləşdirmək lazımdır.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ