İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyran Ohanyan həbs oluna bilər, Carçyanı da eyni aqibət gözləyir

Ermənistan parlamenti, bu gün keçmiş müdafiə naziri, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi ilə bağlı gizli səsvermə keçirəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, səsvermə saat 14.45-də başlayacaq və 15.30-a kimi davam edəcək.

Qeyd edək ki, parlament müxalifəti, o cümlədən Ohanyanın özü müzakirələrə qatılmayıb.

Milli Məclisin fevralın 8-də keçirilən iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Armen Çarçyana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi məsələsi müzakirə edilir.

Armen Çarçyanın keçmiş prezident Robet Köçəryana yaxın olduğu deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR