Onlayn ictimai-siyasi qəzet
İstanbulda sevgilsiinin evinə gedən 26 yaşlı qız güllələnib.
İstanbulun Ümraniyə səmtində 26 yaşlı Yazgülü Çoban sevgilisi Mehmet T.-nin evinə gedib. Evdə oğlanın dostu Gülabi Ç. də olub.
Hadisə ötən gün axşam saatlarında Finanskent məhəlləsində baş verib. Polisə məlumat daxil olduqdan sonra hadisə yerinə gedən polis əməkdaşları kimliyi müəyyən edilməyən gənc qadının silahla başından vurulmuş vəziyyətdə tapıldığını aşkar ediblər. Aparılan araşdırmalar nəticəsində həmin şəxsin 26 yaşlı Yazgülü Çoban olduğu müəyyənləşdirilib.
Qısa müddət sonra müxtəlif cinayətlərdən 16 qeydiyyatı olan 29 yaşlı Mehmet T. saxlanılıb. Mehmet T. polisdə ifadəsində Gülabi Ç. adlı şəxsin evində olduqlarını bildirib. O, ev sahibinin sevgilisinə sataşdığını iddia edərək "Mübahisə yarandı. Ev sahibində silah var idi. Mən də Yazgülü ilə evdən çıxıb getdik" deyib.
Mehmet T. əlavə edib ki, ev sahibi Gülabi Ç. onlara çatıb və qızı vurub. Daha sonra, hadisə yerindən qaçan Gülabi Ç. polisin əməliyyatı nəticəsində istifadə etdiyi pompalı tüfənglə tutulub.
Şübhəli Gülabi Ç. məhkəməyə çıxarılaraq həbs edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir, cinayətin səbəbi araşdırılır./Milli.Az/
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ