İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcək

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib.

Musavat.com "oxu.az"a istinadən xəbər verir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib.

Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır.

Tezliklə Səudiyyə Ərəbistanından Ukraynanın ağır şəraitdə yaşayan dinc vətəndaşlarına humanitar yardım göndəriləcəyi bildirilir. Vəliəhd Məhəmməd bin Salman, həmçinin bu yaxınlarda 10 əcnəbi müharibə əsirinin, o cümlədən 2 ABŞ vətəndaşının azad edilməsinə də nail olmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR