İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş vəziyyətdə 6 avtomobili qəsdən zədələyən şəxs saxlanılıb -VİDEO

Paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb.

DİN-dən Musavat.com-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vaitəsinə ziyan vurduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib.

Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binalarının müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, arşdırmalar davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR