İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirlinin “Jiquli”si Bosniya mediasında-foto

 

Köhnə avtomobili ilə qardaş ölkəyə yardıma tələsən Laçın rayon sakini Sərvər Bəşirlinin sorağı Türkiyədən sonra Bosniyaya da çatıb. Bosniya mediası S.Qasımlının sovet dövründən qalma VAZ 2107 markalı “Jiquli”sinin fotosunu yayaraq onun sahibinin Türkiyəyə yardım apardığını yazıb.

Musavat.com bildirir ki, bu barədə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev sosial şəbəkədəki şəxsi səhifəsində qürurla paylaşım edib. “Bu kədərli günlərdə minlərlə insanda minnətdarlıq hissi və xəfif təbəssüm yaradan məşhur foto Bosniya mediasına da yol tapdı… Əcəba, müəllifi kimdir?”-diplomatımız yazıb.

Qeyd edək ki, fotonun müəllifi Elvin Əliyevdir.

Onu da əlavə edək ki, Azərbaycan və Türkiyə mediasında haqqında çoxsaylı materiallar yayımlanan, sosial mediada fotolar paylaşılan böyük ürək sahibi qardaşımızla bağlı qardaş ölkədəki nüfuzlu “Star” qəzeti “Sosyal medyanın konuştuğu kare! ''Kış soğuğunda evsiz kalmanın ne olduğunu iyi biliriz” sərlövhəli material dərc edib.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR