İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirlinin babası: "Nəvəmlə fəxr edirəm"

"Sərvər mənim sevimli nəvəmdir. O, həmişə bacardığı qədər insanlara yardım etməyə çalışıb. Ümumiyyətlə, biz özümüz bu ağrı-acını əvvəllər yaşadığımız üçün türkiyəli qardaşlarımıza əlimizdən gələn yardımı etməyə çalışırdıq".

Bu sözləri Musavat.com-a açıqlamasında köhnə "Jiquli" ilə Türkiyəyə yardım aparması ilə məşhurlaşan Sərvər Bəşirlinin babası Əsgər Bəşirli deyib.

WhatsApp Image 2023-03-02 at 17.54.32 (3).jpeg (182 KB)

Əsgər Bəşirli zamanında Ermənistanın işğalı zamanı Laçından əliyalın çıxdıqlarını, ailəlikcə çox əzab və zülm çəkdiklərini bildirib:

"Torpaqlarımız əlimizdən alındı, özümüz isə qaçqın düşdük. Çox şükür ki, torpaqlarımız işğaldan azad olundu, o torpaqlara yenidən geri dönəcəyik".

WhatsApp Image 2023-03-02 at 17.57.38 (2).jpeg (109 KB)

Əsgər Bəşirli nəvəsi Sərvər Bəşirliyə yeni avtomobil hədiyyə edən və ona yeni ev tikmək üçün Bakıya gələn tanınmış türkiyəli iş adamı Səbahəddin Civeleyə, bu təşəbbüsə yardımçı olan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna, ülkücü Ali Yıldırıma öz təşəkkürünü bildirib.

Xatırladaq ki, Sərvər Bəşirlinin köhnə avtomobili ilə yardım apararkən çəkilmiş fotoları həm Azərbaycan, həm də Türkiyə mediasında gündəm olmuşdu. Bundan sonra türkiyəli iş adamı Səbahəddin Civelek Sərvərə yeni avtomobil hədiyyə etmişdi. Bu dəfə isə iş adamı Sərvərə yeni ev tikmək üçün Bakıya gəlib.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR