İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şərurlu İsfəndiyar” etiraf etdi ki, 7 milyon ödəyib, 2 milyonu Naxçıvana verilib” – Məhəmmədəli Qəribli “Canlı debat”da

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yüksək vəzifəli şəxsləri işdən azad edilib.

"Report" xəbər verir ki, müvafiq sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səalhiyyətlərini icra edən Azər Zeynalov imzalayıb.
Sərəncamla Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisinin Qəbul Sektoru şöbəsinin müdiri Rəşad Əhmədov işdən azad olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə Şahbuz rayonun Kolanı kəndində yol kənarında tikilən hasar sökülür.

Eyni zamanda Dəyərli 10 milyonlarla ölçülən, Bakının 8-ci kilometr ərazisindəki “Flaminqo” restoranı ilə bağlı apardığımız jurnalist araşdırmasını bitmiş saymaq olar. İndi söz hüquq-mühafizə orqanlarınındır.
Restoranın sahiblərinin mövqeyini ifadə edən , vaxtilə “Flaminqo”nun icraçı direktoru olmuş Ələkbərov Nizami Azinforum.az-a verdiyi eksklüziv müsahibədə 2009-cu ildə restoranın Naxçıvan Daxili İşlər Naziri Əhməd Əhmədovun göstərişi ilə necə ələ keçirildiyinin tam mexanizmini açıqlayıb.

Restoran hazırda tanınmış iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan – İsfəndiyar Axundovun mülkiyyətindədir. Nizami Ələkbərov müsahibəsində İsfəndiyar Axundovla bağlı sensasion fikirlər səsləndirdiyi üçün, iş adamı bizimlə görüşüb, məsələyə aydınlıq gətirməsini istədi. “Şərurlu İsfəndiyar” Azinforum.az-a verdiyi videomüsahibədə restoranı 7 milyona aldığını, pulun bir hissəsini əmlak, qalanını nağd şəkildə ödədiyini təsdiqləyib.
O, həmçinin pulun 2 milyonunu onun yanında Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı əməkdaşına restoranın əsl sahibi Cəmil müəllimin girovluqdan azad edilməsi üçün ödəndiyini etiraf edib.
O, həmçinin pulun 2 milyonunu onun yanında Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı əməkdaşına restoranın əsl sahibi Cəmil müəllimin girovluqdan azad edilməsi üçün ödəndiyini etiraf edib.Azinforum.az-a verilən bu iki müsahibə “Flaminqo” ilə bağlı cinayət işinin açılmasına, Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı yüksək vəzifəli əməkdaşı və onu bu işə təhrik edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verir.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR