İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişinlə dolu təyyarəni ildırım vurdu – VİDEO

ABŞ-ın Arkanzas şəhər hava limanında sərnişinlərlə dolu təyyarəni iki dəfə ardıcıl ildırım vurub.

Musavat.com xəbər verir ki, American Eagle aviaşirkətinə məxsus təyyarə tufanlı havada eniş edib, eniş dəhlizinə yaxınlaşmaq üçün küləyin dayanmasını gözləyirmiş.

Daily Mail-in yaydığı videodan aydın olur ki, ildırım nəticəsində təyyarədəki sərnişinlərdən xəsarət alan olmayıb. Onların hamısı sağ-salamat təyyarəni tərk ediblər.

Xatırladaq ki, iyunun 18-də Rusiyanın “Sibir” aviaşirkətinə məxsus təyyarə Abakandan Novosibirskə uçarkən havada onu ildırım vurub. Təyyarə zədə alsa da, salamat eniş edə bilib. Sərnişinlər təyyarəni tərk etdikdən sonra onun gövdəsində ildırımın yaratdığı yanıq işləri aşkarlanıb. Şirkət təyyarə tam yoxlananadək onu reyslərdən kənarlaşdırıb.

 
 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR