İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyan Vladivostokdan mesajını aldı

Rusiya prezidentinin Uzaq Şərqdən Qarabağ və Ermənistan haqda dedikləri reavanşistləri aktivləşdirib

Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Serj Sərkisyan və rəhbəri olduğu Ermənistan Respublika Partiyası (ERP) Rusiya Grezidenti Vladimir Putinin Uzaq Şərqdən Qarabağ və Ermənistan haqda verdiyi son mesajlarından sonra aktivləşib. Bunu həmin partiyanın üzvü, Sərkisyanın lideri olduğu “Şərəf duyuram” blokunun parlament fraksiyasının lideri Hayk Mamicanyanın Milli Assambleyanın tribunasından son bəyanatı da təsdiqləyir. Həmin bəyanat bir neçə gündür ki, hakimiyyətin dincliyini pozub.

Bu haqda yazan “Hraparak” bildirir ki, sosial şəbəkələrdə real və saxta istifadəçilər ERP-yə və xüsusən də deputata hücumlar edir, hakim “Vətəndaş sazişi” deputatları isə həmkarlarından hesab tələb edirlər.

Xatırladılır ki, “Mamicanyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə bildirib: "İrəvan bizim hamımızın, kənarda dayanan vətəndaşların, vətənpərvərlərin zəhməti, təri və əgər Paşinyan bir axmaqlıq edərsə, qanı ilə dəyişəcək".

“Daha sonra ənənəvi parlament bəyanatları zamanı ERP-dən olan deputat Mamicanyan bəzi hərəkətlər və mümkün hakimiyyət dəyişikliyi ilə bağlı müəmmalı eyhamlar vurub. "Dediklərimin mənası odur ki, əgər Nikol Paşinyan vətənpərvərlərə atəş açmaq qərarına gəlsə, məncə, buna heç kimin şübhəsi yoxdur ki, vətənpərvərlər arasında bundan qorxan olmayacaq... Tezliklə, çağırış səslənəndə, hərəkətə keçməyin vaxtı gələcək", - deyə Hayk Mamicanyan yekunlaşdırıb"- erməni nəşri yazır.

“Əgər sizə elə gəlirsə ki, sizin siyasi qüvvənizin prezidenti martın 1-də (söhbət 2008-ci il martın 1-də S.Sərkisyanın prezident seçkilərindəki qələbəsindən sonra qanla nəticələnən qarşıdurmadan gedir-S.L.) tökərək hakimiyyətə gələ bilibsə və siz bunu ikinci dəfə edə bilərsiniz, çox məyus olacaqsınız”.

“Hraparak”ın yazdığına görə, bunu isə H.Mamicanyana hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Vaahn Aleksanyan söyləyib.

V.Aleksanyan bildirib ki, Mamicanyanın hansı çağırışdan, hansı coğrafi məkandan gələcək zəngdən danışdığını da yaxşı bilirlər.

“Mənbəmiz bildirir ki, Respublika Partiyasının üzvləri İrəvan Ağsaqqallar Şurasında seçkiləri izləyəcək və hərəkətə keçmək üçün doğru məqam məhz həmin seçkilərin nəticələrindən asılı olacaq. ERP əmindir ki, Paşinyanın partiyası 50+1 səs toplamayacaq və qüvvələr nisbəti elə olacaq ki, heç bir qüvvə koalisiya yaratmayacaq, ona görə də İrəvanda siyasi böhran yaranacaq və bu, hərəkətə keçmək üçün uyğun vaxt olacaq”.

Yeri gəlmişkən, Serj Sərkisyanın “Şərəf duyuram” fraksiyasındakı silahdaşları Robert Köçəryanın “Hayastan” alyansındakı həmkarlarından fərqli olaraq parlamentdəki “hökumətlə sual-cavab” iclasında iştirak etməyiblər", - deyə erməni nəşri sonda vurğulayır.

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR