Onlayn ictimai-siyasi qəzet
“Sülh müqaviləsində nə yazıldığını bilmirəm”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan danışıb.
Onun sözlərinə görə, müqavilə müəyyən prinsiplərə əsaslanan sənəddir, onu incələmək və başa düşmək lazımdır.
“Sənədi görməmişəmsə, ona necə şərh verə bilərəm? Orada nə yazıldığını bilən varmı? Bu, erməni liderlərinin iş üslubudur. 2017-ci ilə qədər Ermənistan tərəfindən hansısa ciddi saziş gizli şəkildə imzalana bilərdi?”, - deyə Sərkisyan söyləyib.
Onun iddiasına görə, indiyədək belə bir şey olmayıb. “Türkiyə-Ermənistan münasibətlərinə dair sənədlər əvvəlcədən dərc olunmuşdu, Qarabağ problemi ilə bağlı danışıqlar sənədlərindən hamı xəbərdar idi. İndi hakimiyyətdə olanlar ictimaiyyətin nəyisə bilməsini istəmirlər ",-deyə Sərkisyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ