İnsanlara hürriyət, millətlərə istiqlal!

Seriallar dayandırılır, çəkiliş texnikası yardım üçün göndərilir - FOTO

Türkiyədə bir neçə serial istehsal şirkəti çəkilişləri dayandırıb.

Musavat.com xəbər verir ki, 10 şəhərdə baş verən zəlzələdən sonra kino və serial sektoru da yardım səfərbərliyinə qoşulub. Təchizatlı karavanlar, işıqlar və generatorlar zərərçəkmiş bölgələrə göndərilir.
Ay Yapım, Gold Yapım, Medyapım və MF Yapım yardım çağırışını dəstəklədiklərini bildirib.

Kinematoqraf Uğur İçbak sosial mediada "Bu gün deyilsə, nə vaxt? 600 çəkiliş meydanından reklamlar da daxil olmaqla 600 generator təxminən 6 min karvan edir. Məncə, gözləmək lazım deyil" deyə çağırış etdi.

Ardınca Televiziya və film Prodüserləri Peşəkar Dərnəyinin (TESİYAP) sədri Timur Savcı şəxsi hesabında yazdı: "Serial və film sənayesi olaraq zəlzələ bölgəsinə yardım səfərbərliyinə başlayırıq. Ölkəmizdə baş verən zəlzələ fəlakətindən sonra bu çətin günlərdə serial və film sənayesi birləşərək, elan edilmiş milli matəmlə bağlı çəkilişlərimizi dayandırırıq. Karvanlarınızı zəlzələ bölgəsinə göndərin. Mövcud yardım maşınları yollarda qaldığından ciddi nəqliyyat problemi yaranıb. Ona görə də ikinci mərhələdə AFAD və AHBAP-dan gələn məlumatlara uyğun olaraq karvanlara, generatorlara və ərzaq yardımlarına dəstək üçün hərəkətə keçəcəyik. Türkiyənin hər yerində istehsalçılar fədakarcasına əllərindən gələni edirlər. Yaralarımızı birlikdə bağlayacağıq”.

“Ben Bu Cihana Sığmazam”ın çəkilişə fasilə verdiklərinə diqqət çəkən Oqtay Kaynarca bildirib ki, “Bu prosesdə bir-birimizə kömək etmək, karvan göndərmək kimi mövzularda AFAD ilə koordinasiyalı hərəkət edirik”.

“Çaqqallarla rəqs” serialına imza atan prodüser Murat Şeker Anadolu Agentliyinə (AA) zəlzələ xəbərini eşitdikləri ilk andan həm fərdi, həm də komanda şəklində çalışdıqlarını bildirib: “Kino üçün alınan istifadə olunmamış qış geyimləri zəlzələ bölgəsinə gedir. Əksəriyyəti heç istifadə olunmayan qış geyimlərini zəlzələ bölgəsinə göndərilmək üçün geyim yardımı kimi hazırlayıb bağışlayırıq. Hər filmdən əvvəl çoxlu sayda kostyum alırıq. Bəzən ehtiyat hissələri də alırıq. Hədiyyə etdik. Çoxlu sayda istifadəyə yararlı qış geyimləri”

d3b5a4a0-ee98-42e8-a83a-c73bd879.jpg (218 KB)

Nigar Həsənli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR