İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədi yarmağa çalışdılar – İtkilərlə geri çəkildilər

İki diversiya və kəşfiyyat qrupu Rusiya tərəfdən Ukraynanın (Çerniqov vilayətində) dövlət sərhədini keçməyə cəhd edib.

Bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev məlumat verib.

Nayev bildirib ki, müdaxilə zamanı atışma baş verib, Rusiyanın diversiya qüvvələri artilleriya atəşi ilə qarşılanıb.

İlkin məlumata görə, iki təxribat-kəşfiyyat qrupu beş və yeddi silahlıdan ibarət olub. Yaralı və həlak olanlarla birlikdə itki verən ruslar əks istiqamətdə geri çəkiliblər./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR