İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə vəziyyət dəyişdi: Sülh müqaviləsi təxirə salınır - KRİTİK GƏLİŞMƏ

 

Rusiya-Ukrayna münaqişəsi getdikcə daha da kəskinləşir və bölgədə vəziyyət gərgin olaraq qalır. Son həftələrdə Ukrayna ordusu xüsusilə Rusiya ilə sərhəd ərazilərdə irəliləmə cəhdlərini artırıb, bu da müharibənin daha da genişlənməsinə səbəb olub. Kursk vilayətində baş verən irəliləyişlər və digər cəbhə xətləri boyunca baş verən döyüşlər hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.

Rusiyanın bu irəliləyişlərə qarşı reaksiyası sərt olub və cavab olaraq yeni hücumlar həyata keçirib. Qərb dövlətləri isə Ukraynanı silah və maliyyə yardımı ilə dəstəkləməyə davam edir, bu da münaqişənin uzanmasına və daha da mürəkkəbləşməsinə yol açır. Ekspertlər, bu durumun yaxın aylarda daha böyük miqyasda döyüşlərə və yeni humanitar böhrana səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Son məlumatlara görə, Ukrayna qüvvələri Kursk vilayətində irəliləməyə başlayıb. Bu irəliləyiş münaqişənin daha da şiddətlənməsinə səbəb olub, regionda gərginliyi artırmaqdadır. Rusiya ordusu bu hücumlara qarşı güclü müqavimət göstərməyə çalışsa da, Ukrayna qüvvələrinin əzmi və strateji üstünlüyü müharibənin taleyini dəyişə bilər. 

Maraqlıdır, Rusiya-Ukrayna münaqişəsində yeni gərginliklər müharibənin gedişatını dəyişdirəcəkmi?

Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli News24.az-a açıqlamasında bildirib ki, Ukrayna ordusunun Kursk vilayətində əks hücuma keçməsi gözlənilməz oldu:

“Ukraynanın qəfil hücumu hamı, əsasən də Rusiya üçün gözlənilməz oldu. Kreml gözləmirdi ki, Ukrayna hücuma keçib onların ərazilərinə girə bilər. Baş verənlər Rusiyanın imicinə beynəlxalq səviyyədə zərbə vurdu. Burada iki nəticənin əldə olunmasına cəhd olunur. Ukrayna və onu dəstəkləyən Qərb çalışır ki, savaşı Rusiyanın ərazisinə keçirməklə Kremli daha da pis vəziyyətə salsınlar və gələcək sülh danışıqlarında Rusaiyanın şərtləri diktə etməsinin qarşısını alsınlar”. 

Politoloqun sözlərinə görə, Rəsmi Kiyev çalışır ki, Rusiya ərazisində müəyyən bölgələrə nəzarəti ələ keçirməklə Ukraynanın Donbas və Kırım ərazilərinin azad olunması tələbini irəli sürə bilsin: “İndiki stuasiya qorunub saxlanılarsa, o zaman Kreml Kursk və Belqorod bölgələrinin geri qaytarılması əvəzində Donbas və Kırımdan imtina etmək məcburiyyətində qala bilər. Eyni zamanda burada ABŞ-da keçiriləcək prezident seçkilərinin də təsiri var. Bayden administrasiyası seçkiyə qədər Rusiyanın hərbi cəhətdən çətin vəziyyətə salmaq istəyir”. 

Elçin Xalidbəyli qeyd edib ki, Ağ Ev ABŞ vətəndaşlarına təbliğ etmək istəyir ki, onlar özlərinin əsas beynəxlaq rəqibini çətin duruma salıb. Seçkilərə qədər dünyada ABŞ-ın mövqeyinin möhkəmləndiyini sübut etmək istəyirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR