İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd əl-Şaraa Əsəd rejiminin nüvə obyektlərinin qapılarını MAQATE-yə açdı

Suriyanın yeni hakimiyyət orqanları Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə Bəşər Əsədin hakimiyyəti dövründə fəaliyyət göstərən şübhəli nüvə obyektlərinə giriş icazəsi verməyə dərhal razılaşıblar.

Musavat.com xəbər verir ki, bunu Associated Press-ə MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.

İyunun 4-də MAQATE rəhbəri Suriya prezidenti Əhməd əl-Şaraa və xarici işlər naziri Əsəd əl-Şeybani ilə danışıqlar aparıb. Tərəflər Dəməşqdə ərzaq təhlükəsizliyi və xərçənglə mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Qrossinin sözlərinə görə, beynəlxalq tənzimləyici "keçmişdə nüvə silahı ilə bağlı ola biləcək bəzi hərəkətlərə tam aydınlıq gətirmək" niyyətindədir. MAQATE-nin baş direktoru yoxlamaların bir neçə ay ərzində tamamlanacağına ümid etdiyini bildirərək, Suriyanın yeni hökumətini “dünyaya açıqlığa və beynəlxalq əməkdaşlığa sadiq” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR