İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd-keçid məntəqələrində tranzit əməliyyatları zamanı Koordinasiya şurasına hesabat veriləcək

Azərbaycanın sərhəd-keçid məntəqələrində tranzit əməliyyatları zamanı Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında qərar qəbul olunub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, qərargahın əsas məqsədi - sərhəd-keçid məntəqələrində aparılan prosedurların asanlaşdırılması və elektronlaşdırılması, aparılan tranzit əməliyyatlarının sinxronizələşmiş planlaşdırılması və vahid dispetçer tərəfindən idarə edilməsi proseslərinin təkmilləşdirilməsidir.

Ölkə maraqlarından çıxış edən Qərargah əməliyyatların monitorinqini aparacaq və mütəmadi olaraq Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim edəcək.

Tranzit zamanı yükdaşıyıcıların problemlərinin operativ həlli üçün Qərargahda “Çağrı Mərkəzi” yaradılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR