İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Şoyqu Ukraynanın Rusiya ərazisinə PUA hücumuna münasibət bildirib

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukrayna ordusunun Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə (PUA) hücumlarına münasibət bildirib.

“Report” xəbər verir ki, o, bunu Ukraynanın əks-hücum əməliyyatlarının uğursuzluğu kimi qiymətləndirib.

“Ukrayna Silahlı Qüvvələrinin uğursuz “əks-hücum”u fonunda Kiyev diqqətini Rusiyanın mülki infrastrukturuna terror hücumlarına yönəldib”, - nazir söyləyib.

S.Şoyqu bildirib ki, Ukrayna bu hücumları Qərbin dəstəyi ilə həyata keçirir.

Qeyd edək ki, son zamanlar Moskvaya PUA hücumları artıb. Sonuncu belə hücum iyulun 28-də olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR