Onlayn ictimai-siyasi qəzet
Rusiya müşahidəçiləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair brifinq keçirib.
Musavat.com-un məlumatına görə, 20 nəfər heyət seçki prosesini izləyib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, seçkilər tam şəffaf keçirilib:
"Fürsətdən istifadə edərək prezident seçkisində inamlı qələbəsinə görə İlham Əliyevi təbrik edirəm. Biz əminik ki, bundan sonra da Azərbaycan və Rusiya arasında əlaqələr davam edəcək. Seçicilərin belə yüksək səviyyədə iştirakı gözlənilən idi. Bu seçki ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edib. Dünən seçicilər yalnız seçkiyə gəlməmişdilər. Onlar İlham Əliyevi Milli Qəhrəman kimi qəbul edib gəlmişdilər. Seçicilər İlham Əliyevin "Qarabağ Azərbaycandır!" - deyimini istifadə edirdilər".
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ