İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrovla bağlı ŞOK AÇIQLAMA 

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanı məhvə sürükləmək istəyir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Qaqik Melkonyan deyib.

“Onun proqramlarının ermənilərin xeyrinə olduğunu görən varmı? Rusiya həmişə bizim yerimizə qərar verib və hara gedəcəyimizi, kiminlə dost olacağımızı söyləyib”, - deyə Melkonyan qeyd edib.

Onun sözlərinə görə, indiyə qədər Ermənistan həmişə Rusiyaya arxalanıb. Sonuncu isə həmişə Ermənistanı seçim altında qoyub: ya Rusiya, ya da Türkiyə.

“Biz Rusiyanı seçdik, amma Hindistan, Avropa, ABŞ, İran kimi ölkələri də dost olaraq görməliyik. Artıq KTMT və Rusiyaya üz tutmağın mənası yoxdur, çünki onlar Ermənistana qarşı eskalasiyaya reaksiya vermədilər”, - deyə Melkonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR