İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov: "Qərb Rusiya taxılının tədarükünü süni surətdə əngəlləməyə çalışır"

Qərb Rusiya taxılının müqavilə bağlanmış ölkələrə tədarükünü süni şəkildə əngəlləmək cəhdlərini davam etdirir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupunun (G20) xarici işlər nazirlərinin iclasında iştirakının yekunlarını şərh edərkən deyib.

“Statistika aydın şəkildə göstərir ki, Ukrayna limanlarında qalan taxıl dünya istehsalının bir faizdən azını təşkil edir və onun ərzaq təhlükəsizliyinə real təsiri yoxdur. Qərbdən Rusiya ilə müqavilə bağlayan ölkələrə taxıl tədarükünə süni şəkildə yaratdığı maneələri aradan qaldırmasını tələb edirik”, - deyə Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyənin köməyi ilə açıq dənizlər vasitəsilə alıcılara daşınacaq yükün təhlükəsizliyini təmin etməyə hazırdır. “Problem ondadır ki, Qərb NATO qüvvələrinin iştirakı ilə bu proses üçün hansısa beynəlxalq monitorinq və ya mexanizm yaratmaq istəyir”, - deyə Rusiya XIN rəhbəri əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR