İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov nüvə müharibəsi riskindən DANIŞDI

“Nüvə gücünə malik dövlətlər arasında toqquşmanın nüvə müharibəsinə çevrilməsi ehtimalı böyükdür”.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa təhlükəsizliyi məsələlərinə həsr olunmuş mətbuat konfransında deyib.

Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ prezidentləri 2021-ci ilin iyununda nüvə silahını işə salmamaqla bağlı bəyanat vermişdilər.

Rusiyanın xarici işlər naziri daha sonra qeyd edib ki, nüvə müharibəsinin qalibi olmayacaq:

"Mən dedim ki, hətta nüvə dövlətləri arasında hansısa savaç da yolverilməzdir. Çünki kimsə ənənəvi vasitələrlə müharibəyə başlamaq qərarına gəlsə, bu toqquşmanın nüvə müharibəsinə çevrilmə ehtimalı var”.

S.Lavrov bildirib ki, Moskva Qərbin Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməklə bağlı ritorikasını narahatlıqla izləyir: “Qərbin özü, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa ukraynalıların əli ilə Rusiyaya qarşı apardıqları müharibədə birbaşa iştirakını artırmaq üçün hər şeyi edir. Bu, təhlükəli tendensiyadır".

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR