İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyada etirazçılar Belqradda nəqliyyatın hərəkətini əngəlləməyə başlayıb

Ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyalarında iştirak edən bir qrup tələbə və digər Serbiya vətəndaşı paytaxt bu gün Belqradda iki yerdə nəqliyyatın altı saatlıq blokandığını elan ediblər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar Dövlət Administrasiyası və Yerli Özünüidarəetmə Nazirliyinin binasının girişini bağlayıb və oradan da daha iki yeri bloklamaq üçün yola düşəcəklər.

Onlar iki hissəyə bölünəcəklərini və Belqradda təhlükəsizlik səbəbiylə daha əvvəldən açıqlamadıqları iki yerdə nəqliyyatın hərəkətinin qarşısını alacaqlarını açıqlayıblar.

Polis idarəsinin rəisi İvitsa İvkoviç hökumət binalarının və körpülərin bağlanmasına göz yummayacağını deyib.

Daha əvvəl Serbiya polisi müxalifətin Belqradda toqquşmalarla başa çatan etirazlarından sonra 38 nümayişçinin saxlanıldığını bildirib.

Ötən gecə Belqradda ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçirilib və onun iştirakçıları meriyanın binasına soxulmağa cəhd ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR