İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya Rusiyanın “MiQ-29”larını almaqdan imtina edir

Serbiya ordunun modernləşdirilməsinə, o cümlədən Fransanın “Rafale” qırıcılarının mümkün alışı üçün xərcləri artıracaq, çünki beynəlxalq sanksiyalar səbəbindən Rusiyanın “MiQ-29”larının saxlanılması çətinləşib.

“Report” xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, keçən ilin fevralından sonra Rusiyanın “MiQ-29” qırıcılarının ehtiyat hissələrinin alınması demək olar ki, mümkünsüz olub: “Hazırda Rusiyadan demək olar ki, heç nə və ya hərbi təyinatlı hər şeyi idxal edə bilməzsiniz”.

Serbiya prezidenti onu da əlavə edib ki, ordu xeyli güclənməlidir. O, digər Avropa ölkələrinin artıq hərbi büdcələrini artırdığını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR