İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya prezidenti özünü canavarla müqayisə edib

“Serbiya prezidenti Aleksandar Vuçiç sirkə getdiyini, lakin orada nə canavar, nə də Vuçiçi gördüyünü söyləyib”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, Vuçiç bu barədə illik mətbuat konfransında bildirib.

O, Almaniyanın “Die Zeit” nəşrindəki məqaləni şərh edib. Məqalədə deyilir: “Serbiya prezidenti ölkənin Avropa İttifaqına üzvlüyünə namizədliyi və maliyyə dəstəyini dayandırmaqla “əhilləşdirilə” bilər”.

Serbiya prezidenti cavabında deyib: “15 il əvvəl qızımı sirkə aparmışdım. Orada ən böyük heyvanın nə olduğunu xatırladım. Bu, fildir. Ən güclü isə pələngdir. Vuçiçin əhilləşdirilməsindən danışanda isə sirkdə canavar görməmişəm. Vuçiç yox, canavar yox”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR