İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya parlamenti baş nazirin istefasını qəbul etdi- Gərginlik davam edir

Serbiya parlamenti Novi Sad stansiyasında damın çöküşü ilə əlaqədar baş verən kütləvi tələbə etirazları fonunda hökuməti istefaya göndərib.

Musavat.com xəbər verir ki,  yeni hökumətin qurulması üçün 30 günlük bir müddət başlayır. Əgər bu müddət ərzində kabinet formalaşdırılmasa, ölkədə parlament seçkiləri keçiriləcək.

Baş nazir Miloş Vuçeviç etirazların şiddətlənməsindən sonra 28 yanvar tarixində istefasını elan edib. Kütləvi narazılığın səbəbi 2024-cü ilin noyabrında Novi Sad dəmir yolu stansiyasında damın çökərək 15 nəfərin ölümünə səbəb olmasıdır. Bu faciə Prezident Aleksandar Vuçiçin hökumətinə qarşı korrupsiya və səhlənkarlıq ittihamlarını doğurub.

Vuçiç daha əvvəl apreldə erkən parlament seçkilərini keçirmək ehtimalını istisna etməyib və bildirib ki, əgər müxalifət tələbi ilə seçkilər keçirilərsə, o, buna hazırdır. Parlamentdə vəziyyət hələ də gərgin qalır – yaxınlarda hökumət və müxalifət fraksiyalarının deputatları arasında davalar baş verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR