Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiyanın enerji infrastrukturuna qarşı hədəfləri genişləndirib.
Musavat.com xəbər verir ki, artıq hücumlar təkcə neft emalı zavodlarının işini dayandırmaqla məhdudlaşmır, həm də ölkənin karbohidrogen ixracına yönəlib.
Bu həftə Ukrayna ordusunun pilotsuz uçuş aparatları “Drujba” kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neftin ötürülməsini dayandırıb. Daha əvvəl “Uneça” neft məhsulları daşıma stansiyası və Nikolskoye nasos stansiyasına endirilən zərbələr yanğınlara və tədarükdə fasilələrə səbəb olub.
Mütəxəssislərin sözlərinə görə, Krım, Primorye, Zabaykalye və İrkutsk vilayətlərində benzinin çatışmazlığı daha da artıb.
Bu barədə “Aqentstvo” nəşri yazıb.
Yayılan kadrlarda Rostov vilayətində pilotsuz təyyarələrin hücumuna məruz qalan Novoşaxtinski neft emalı zavodu dördüncü gündür yanır.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ