Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un xəbər verdiyi kimi, bu gün Bakıda “Sədərək Ticarət Mərkəzi”nə aid anqarlarda dəhşətli yanğın baş verib. Hadisə nəticəsində sahibkarlara ciddi ziyan dəyib.
Məlumata görə, yanğın ticarət mərkəzinin əsas hissəsində deyil, anbar və anqarlarda – malların və gündəlik tələbat məhsullarının saxlanıldığı sahələrdə başlayıb. Hadisə yerində olan sahibkarların Musavat.com-a bildirdiyinə görə, yüz minlərlə manatlıq məhsul yanaraq məhv olub.
Yanğın artıq iki saata yaxın davam edib və böyük əraziləri əhatə edib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub və yanğını məhdudlaşdırmağa nail olublar. Hazırda alovun əsasən bütün yanacaq materialları tükəndiyindən, proses nəzarət altına alınıb.
Qeyd edək ki, yanğın nəticəsində böyük miqdarda maddi ziyanla yanaşı, sahibkarların fəaliyyətinə də ciddi zərbə dəyib.
Musavat.com hadisə yerindən, ərazinin indiki halından eksklüziv video görüntüləri təqdim edir.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ