İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya dövləti ukraynalı satqın generalı Rusiyaya təhvil verə bilər

Bu adam Çernobıl AES-in ruslar tərəfindən ələ keçirilməsinə kömək edib

Rusiya ordusuna Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə kömək edən Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı Andrey Naumov Rusiya Federasiyasından sığınacaq ala bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İnsider” portalı məlumat yayıb.

Mənbələrə görə, Ukraynadan qaçdıqdan sonra A.Naumov bir neçə ay Almaniyada yaşayıb, sonra bəyan edilməmiş qiymətli əşyaları ilə birlikdə Avropa İttifaqının sərhədlərini keçərək Serbiyaya daxil olub.

Andrey Naumov 7 iyun 2022-ci ildə Serbiyada yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onunla birlikdə avtomobildə ukraynalı iş adamı, Ukraynada qaçaqmalçılıqla bağlı çoxsaylı jurnalist araşdırmalarının “qəhrəmanı”, Almaniya vətəndaşı Aleksandr Akst da olub.

Cütlüyün getdiyi avtomobil Serbiya və Şimali Makedoniya sərhədini keçmək istəyərkən sərhəd postunda saxlanılıb.

Andrey Naumov 2019-cu ilin yayından 2021-ci ilin iyuluna qədər UTX-nin Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik edib.

Bundan əvvəl isə o, “Çernobıl təcrid zonasının idarəsində təşkilati-texniki və informasiya dəstəyi mərkəzi” adlı dövlət müəssisəsinə rəhbərlik edib və fəaliyyətinin xarakterinə görə Çernobıl AES-in mühafizə sistemləri ilə bağlı dövlət sirri təşkil edən məlumatları bilib.

Ukrayna xüsusi xidmət orqanları Naumovun Rusiya ordusuna Çernobılın qadağa zonasının ərazisini tez bir zamanda ələ keçirməyə imkan verən məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürdüyünü düşünür.

Andrey Naumov və Aleksandr Akst Serbiyada saxlanıldıqdan sonra Niş şəhərindəki istintaq təcridxanasına aparılıblar.

Onların saxlanıldıqları BMW avtomobilində, rəsmi məlumata görə, 600 min avro nağd pul, külli miqdarda ABŞ dolları, qiymətli daş-qaşlar, o cümlədən brilyantlar olub.

Serbiya qanunlarına görə, bəyan edilməmiş qiymətlilərin qaçaqmalçılığına görə onu 12 ilə qədər həbs gözləyir, lakin o, məsuliyyətdən yayına bilər.

Hazırda Serbiyada Naumovun Rusiyaya təhvil verilməsi ilə daxili işlər naziri Aleksandr Vulin məşğul olur.

Ukraynanı narahat edən məsələ də bundan ibarətdir. Serbiya dövlətinin Rusiyada Putin rejimi ilə sıx bağlantıları heç kimə sirr deyil.

Bu ilin avqustun 23-də Serbiya Daxili İşlər Nazirliyinin rəhbəri Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Görüşlə bağlı rəsmi məlumatda Naumovun taleyi ilə bağlı heç nə deyilmir, lakin media mənbələrinin məlumatına görə, onlaırn arasında məhz bu məsələ müzakirə olunub.

Gələn informasiyalara görə, Naumov Rusiya Federasiyasına göndərildikdən sonra Serbiyanın daxili işlər naziri Nikolay Vulin özü də Moskvaya köçə bilər. Belə ki, onun Serbiyanın Rusiyadakı səfiri vəzifəsinə təyinatı gözlənilir.

Ukrayna kəşfiyyatı müharibə başladıqdan sonra ölkədən qaçan Naumovun Avstriyaya səfər etdiyini və burada Ukraynanın başına gələn fəlakətlərdən biri hedab olunan məşhur “qaz sxemi”nin təşkilatçılarından biri olan iş adamı Dmitri Firtaşla görüşdüyünü təsbit edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR